Həndəsi Şahid
Bəzən bəşəriyyətin bəzi macəraları haqda uzun-uzun danışmağa ehtiyac olmur. Bəzən hər şeyi bir göz qırpımında təxəyyül canlandıra bilir. Odur ki, uzun illər öncə səmada zülmət qara rəngdə, kvadratşəkilli nə isə peyda oldu. Dünyanın hər bir nöqtəsindən görünürdü və insanların ağlını alıb-aparırdı. Hamı sual verirdi: bu nədir? Bir neçə onillik ərzində araşdırıldı. Alimlər suallar verdi, yaxınlaşmağa çalışdı, fasiləsiz müşahidələr apardı, amma heç nəyi aydınlaşdırmaq mümkün olmadı. Sonra hərbçilər siyasətçiləri inandırdılar ki, bu bütün bəşəriyyətə böyük təhlükə təqdim edən yadplanetli silahıdır. Bütün mümkün silahlarla ona hücumlar edildi. Heç nə dəyişmədi. Sonra insanlar kvadrata ibadət etməyə, öz aralarında onun haqqında hekayələr, rəvayətlər və miflər uydurmağa başladılar. Sonda isə belə bir yanaşma formalaşdı ki, bəs bu nəsnə çox-çox uzaqlara aparan bir keçid, yaxud da qapı kimi bir şeydir. Ora daxil olan bir kimsə və ya hər nə isə müəyyən bir uzaq mənzilə yola düşür və bir daha heç ...