Yerdəyişmə Qanunu
Biz elə bir dünyada yaşamırıq ki, orada əsərin baş qəhrəmanları mütləq qələbə qazansınlar. Buna rəğmən, onların daxilində həmişə sönük, amma həzin bir ün “sən mütləq qələbə qazanacaqsan” deyə xatırladır. Bu ünü eşidib-eşitməmək qəhrəmanın seçimi deyil. Yəqin ki, elə buna görə də əsərin baş qəhrəmanı olmağın əsas üstünlüyü budur: ən azı qəribə bir qeybdən gələn səs səni heç vaxt tək buraxmayacaq. Sən heç vaxt tək olmayacaqsan, vaxtilə təkliklə, ağrılı-acılı əzablarla boğuşsan da. Bu həqiqət səni müşahidəçi olmağa sövq edəcək, təklikdə atmağa cəsarət etmədiyin addımları atmağa məcbur edəcək, hər zaman sual verməyə həmdəm olacaq və nəyəsə imtiyaza bənzər bir şeylə pis-yaxşı mükafatlandırmağa cəhd edəcək. Əsərin baş qəhrəmanlarının çox vaxt belə fikirləri olur ki, onlar çox-çox sonralar indi yaşadıqları mübarizəni bir daha film kimi izləyəcəklər, bütün dünyaya nəsə ibrətamiz dərs verəcəklər. Beləliklə, müşahidə edən müşahidə edilənə çevriləcək, sonra bəzi şeylər gün üzünə çıxacaq, aydınlaş...