Posts

Showing posts from June, 2026

Həndəsi Şahid

Image
Bəzən bəşəriyyətin bəzi macəraları haqda uzun-uzun danışmağa ehtiyac olmur. Bəzən hər şeyi bir göz qırpımında təxəyyül canlandıra bilir. Odur ki, uzun illər öncə səmada zülmət qara rəngdə, kvadratşəkilli nə isə peyda oldu. Dünyanın hər bir nöqtəsindən görünürdü və insanların ağlını alıb-aparırdı. Hamı sual verirdi: bu nədir? Bir neçə onillik ərzində araşdırıldı. Alimlər suallar verdi, yaxınlaşmağa çalışdı, fasiləsiz müşahidələr apardı, amma heç nəyi aydınlaşdırmaq mümkün olmadı. Sonra hərbçilər siyasətçiləri inandırdılar ki, bu bütün bəşəriyyətə böyük təhlükə təqdim edən yadplanetli silahıdır. Bütün mümkün silahlarla ona hücumlar edildi. Heç nə dəyişmədi. Sonra insanlar kvadrata ibadət etməyə, öz aralarında onun haqqında hekayələr, rəvayətlər və miflər uydurmağa başladılar. Sonda isə belə bir yanaşma formalaşdı ki, bəs bu nəsnə çox-çox uzaqlara aparan bir keçid, yaxud da qapı kimi bir şeydir. Ora daxil olan bir kimsə və ya hər nə isə müəyyən bir uzaq mənzilə yola düşür və bir daha heç ...

Gözlənilməz Həmsöhbət

Image
Bir neçə dəqiqə şəhər telefonundan istifadə etdim. Kimlə danışdığımı deməyəcəyəm. Sonra eyvandan baxdım. Mətbəxə qayıdanda şəhər telefonunun dəstəyini asmadığımı və telefondan qəribə, fasiləsiz bir səs gəldiyini eşitdim. Bir az gözlədim və həmin o qulaqbatıran səs kəsildi. Dəstəyi əlimə alıb telefonu söndürmək istəyəndə, birdən kiminsə səsi gəldi. Qadın səsinə bənzəyirdi. Aramızda qəribə bir dialoq baş verdi. – Alo? Salam, zəhmət olmasa dəstəyi asın – dedi sintetik qadın səsi. – Salam. Kimdir danışan? – Vətəndaş, xahiş edirəm, dəstəyi asın, dövlətin resurslarını israf etməyin. – Anlamadım. Nə demək istəyirsiniz? – təəccübümü gizlədə bilmirdim. Həqiqətən də anlaşılmaz bir vəziyyət idi. İlk dəfə idi ki, şəhər telefonundan istifadə etdikdən sonra kimsə belə bir səbəblə əlaqə saxlayırdı. İndiyə qədər nə öz başıma gəlmişdi, nə də başqasından eşitmişdim. Bu anın çaşqınlığı içində nə edəcəyimi bilmirdim, amma görünür, gözlənilməz ünsiyyəti davam etdirməli idim. – Siz bir neçə dəqiqə əvvəl tel...